25 Dekabr, 2019
Hacıqabulda zəlzələ olub

Hacıqabul rayonunda növbəti dəfə zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla saat 10:49-da Qobustan stansiyasından 36 km cənub-qərbdə Hacıqabul ərazisində qeydə alınıb. Maqnitudası 3.5, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, dünən yerli vaxtla saat 16:58-də Əli Bayramlı seysmik stansiyasından 32 kilometr şimal-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkanın maqnitudası 3,5, dərinliyi 5 kilometr olub.

Zəlzələ hiss olunmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!