20 Dekabr, 2019
Bakıda quş əti emalı sexində İYRƏNC MƏNZƏRƏ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində fiziki şəxs Babayev Ceyhun Rafiq oğluna məxsus quş əti emalı müəssisəsinə reyd keçiriblər.  AQTA-dan APA-ya verilən məlumata görə, reyd zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət etmədən və qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb.

Reyd zamanı heyvan mənşəli məhsulların və xammalının tədarükü, saxlanması və satışının mövcud qanunvericiliyin tələblərinə əsasən həyata keçirilmədiyi məlum olub.

Aşkarlanan faktlar əsasında qanuvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!