20 Dekabr, 2019
Azərbaycanda zəlzələ olub

 

Azərbaycanda iki rayonda zəlzələ olub. Simsar.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, Yeraltı təkanlar yerli vaxtla saat 03:57-də Altıağac stansiyasından 22 km şimal-şərqdə, Siyəzən ərazisində və saat 08:00-da Bərdə stansiyasından 8 km cənub-qərbdə Bərdə ərazisində qeydə alınıb.

İlk zəlzələ ocağı 44 kilometr dərinlikdə, 3,3 maqnitudada, ikinci zəlzələ ocağı isə 24 kilometr dərinlikdə, 3,2 maqnitudada qeydə alınıb. Yeraltı təkanlar hiss olunmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!