19 Dekabr, 2019
Qorbaçov xəstəxanaya yerləşdirilib

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov Moskvada xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, bunu siyasətçi özü bildirib. M.Qorbaçovun sağlamlığı barədə rəsmi məlumat verilməsə də, yerli mətbuat ağciyər iltihabı ilə əlaqədar bunun baş verdiyini bildirib. Qeyd edək ki, 88 yaşlı sabiq prezident ötən yay da xəstəxanaya yerləşdirilmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!