18 Dekabr, 2019
Azərbaycanda üç uşaq anası yoxa çıxdı

Bərdə rayonunda 26 yaşlı qadın itkin düşüb. Hadisə sentyabrın 26-da qeydə alınıb. 1993-cü il təvəllüdlü Xalidə Məmmədova rayonun İmamqulubəyli kəndində yaşadığı evdən 10 aylıq körpəsi ilə çıxıb və geri qayıtmayıb. Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər. Qeyd edək ki, X.Məmmədova üç uşaq anasıdır.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!