18 Dekabr, 2019
BNA 15 yolayırıcına sarı tor çəkib

Bakı Nəqliyyat Agentliyi (BNA) 2019-cu ildə yol təhlükəsizliyi ilə bağlı 133 küçə və prospektdə pandus quraşdırıb. Bu barədə agentlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, il ərzində həmçinin 81 küçədə mühəccər, 126 yerdə isə tumba qoyulub. Agentlik il ərzində 261 piyada xətlərini yenidən bərpa edib, 1275 yerdə yol nişanları quraşdırılıb, 15 küçə və prospektin kəsişməsində sarı torlar çəkilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!