18 Dekabr, 2019
Putin və Makron arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Empamanuel Makron arasında telefon danışığı olub.  Kremlin saytının verdiyi xəbərə görə, Rusiya Prezidenti fransalı həmkarına dekabrın 9-da Parisdə keçirilmiş “Normandiya dördlüyü” sammitinin yüksək səviyyədə təşkili üçün təşəkkür edib.

Rusiya və Fransa liderləri sammit çərçivəsində əldə olunan razılaşmaları müsbət qiymətləndiriblər. Telefon söhbəti zamanı Ukrayna ərazisi vasitəsilə Rusiya qazının Avropa İttifaqı ölkələrinə tranziti ilə bağlı məsələlərə də toxunulub.

V. Putin və E. Makron Liviya və Suriyadakı vəziyyəti də müzakirə ediblər. Prezidentlər adıçəkilən ölkələrdəki böhranların siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.(apa)

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!