17 Dekabr, 2019
Gəncədə ruhi xəstə dispanserdə ölü tapıldı

Gəncə şəhərində ölüm hadisəsi baş verib. Hadisə Ruhi-Əsəb Dispanserində qeydə alınıb. Dispanserdə müalicə alan 1937-ci il təvəllüdlü Hüseyn Mahmud oğlu Hüseynov palatada ölü tapılıb.

Xəstəxananın baş həkimi Elmira Mirzəyeva Oxu.Az-a faktı təsdiqləyib.  Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!