17 Dekabr, 2019
Yevlaxda yeni doğulan körpə ölüb

Yevlaxda yeni doğulan körpə ölüb. Hadisə Yevlax Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon sakini Fəridə Xəlilova dekabrın 15-i saat 23 radələrində bətndaxili hipoksiya əlamətləri olan qız uşağı dünyaya gətirib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, körpə gecə saatlarında vəfat edib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!