14 Dekabr, 2019
70 - ə yaxın ailə qazsız qalıb - VİDEO

Binəqədi rayonu DSK adlanan ərazidə 70 - ə yaxın ailənin evində qaz yoxdur. Bir neçə ildir bu əraziden həyət evləri alan sakinlərə bu gun -  sabah deməklə artiq neçəci qışdır onlar aldadılır. Bu barədə Simsar.az - a sakinlər bildirib. Onların sözlərinə görə bu məsələ ilə bağlı dəfələrlə lazımi qurumlara muraciət etsələr də onların şikayətlərinə baxan olmayıb. Qeyd edək ki, bir kuçə arxada bütün evlərdə qaz olduğu və qazsız evlərdə yaşayanlara isə “ bura qaz çəkilməyəcək” deməklə kifayətlənən qurum əməkdaşları da olub. Qazın yoxluğuna gorə evlərində ya elektrik qızdırıcılarından, ya da “balon” qazdan istifadə edən sakinlər maddi baxımdan bunun çox baha başa gəldiyini və vəziyyətin get - gedə pisləşdiyini də deyirlər. Aztəminatlı, imkansız, şəhid, körpə uşaqlı ailələrin soyuqdan xəstəlik tapdiqlarını ve əlacsız qalıb soyuq havada hansısa qohum-tanış evində gedib qızındıqların da dilə gətirdilər. Xatirladaq ki, sakinlərdən qaz çəkilmək üçün 500 AZN dən pul da yiğılıb, amma indi sakinlər nə pulu geri ala bilmirler. nə də qaz var. Evlərdə qaz olmayan ərazi qeyd etdiyimiz kimi Bineqedi rayonu DSK adlanan ərazidir. (Karmen zavodun arxası)

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!