13 Dekabr, 2019
Oqtay Gülalıyevlə bağlı SEVİNDİRİCİ XƏBƏR

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətində müsbət dəyişiklik baş verib. Yeniavaz.com xəbər verir ki, bu barədə O.Gülalıyevin oğlu Təbriz Gülalıyev məlumat verib.

O bildirib ki, atasının durumunda irəliləyiş müşahidə olunur: "Son 2 gündə qızdırması olmayıb və nəfəs alması yaxşılaşıb. Həmçinin böyrəklərində olan keratinin səviyyəsi azalmağa doğru gedir. Tez bir zamanda daha yaxşı xəbərlər vermək diləyi ilə. Atama dəstək olan hər kəsə ailəmiz adından öz dərin təşəkkürümü bildirirəm!".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!