12 İyun, 2011
Suriyadan Türkiyəyə 4 min nəfər qaçdı

Suriyada baş verən hadisələr nəticəsində Türkiyəyə köçənlər çadır qəsəbəsində 42-ci günlərini keçirir. 

Simsar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Suriyadan Türkiyəyə köçənlərin sayının 3 min 893-ə çatdığı bildirilir. Aralarında uşaq, qadın və qocalarında da olduğu suriyalı qaçqınlar həyatlarını Türkiyə hökumətinin yardımları ilə davam etdirirlər. 

Qaçqınların jurnalistlər tərəfindən görüntülənməməsi üçün çadır şəhərciyin ətrafını sellofanlarla örtüblər.
Qeyd edək ki, hazırda suriyalı qaçqınların sığındığı iki çadır şəhərciyindən əlavə bir yenisi də inşa edilir. Qaçqınların gündəlik qayğılarını təmin etmək üçün Nazirlər Kabineti Hatay valiliyinə 750 min türk lirəsi pul ayrılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!