12 Dekabr, 2019
Xaçmazın bu küçəsi zibil içindədir

Xaçmaz rayonunun daha bir küçəsində yığılıb qalan zibillər natəmizlik yaradıb. Əlif Hacıyev küçəsi, Bəybala Rəsulov adına 5 nömrəli tam orta məktəbin köhnə binasının qarşısında zibil yeşikləri çoxdandır təmizlənmir. Hər gün məktəbə gələn uşaqlar, eləcə də, yoldan keçənlər bu natəmizliklə qarşılaşır.

Məsələ ilə bağlı Xaçmaz rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, üç gündür zibil maşını cərimə meydançasında olub: “Hazırda ərazidə təmizlənmə işləri gedir”."(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!