11 Dekabr, 2019
“EuroHome”da mağazaları yanan sahibkarlar yolu bağladı

“EuroHome” tikinti malları bazarında mağazaları yanan sahibkarlar yolu bağlayıb. Qaynarinfo xəbər verir ki, Bakı-Sumqayıt yolunu bağlayan sahibkarlar onlara dəyən zərərin kompensasiya edilməsini istəyirlər. Mağazası yananlardan biri ona 100 min manatdan yuxarı zərər dəydiyini və ticarət fəaliyyətinin tamam dayandığını bildirib.

Qeyd edək ki, ötən gün Binəqədi rayonu ərazisində yerləşən bazar alışıb. Çox sayda mağaza içərisində mallarla birgə yanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!