10 Dekabr, 2019
Yanğının söndürülməsinə amfibiya təyyarə cəlb edildi

FHN-in müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi işləri davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir ədəd “BE-200ÇS” tipli təyyarəsi (amfibiya təyyarə) cəlb olunub. Bundan başqa, əraziyə üç helikopter cəlb edilib. Yanğının ümumi ərazisi təxminən 500 hektara yaxındır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!