5 Dekabr, 2019
Mədət Quliyev generala yüksək vəzifə verdi

Müdafiə Sənayesi naziri Mədət Quliyev ehtiyatda olan generalı özünə müşavir təyin edib. Mədət Quliyevin müvafiq əmri ilə, ehtiyatda olan general-mayor Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müşaviri təyin olunub.

Xəbəri Müdafiə Sənayesi nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib.

Qeyd edək ki, general-mayor M. Baxışov Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb. (unikal.org)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!