4 Dekabr, 2019
Mingəçevirdə zəncirvari yol qəzası baş verib

Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

Yeniavaz.com xəbər verir ki, hadisə şəhər stadionu yaxınlığında qeydə alınıb. “Lada”, “Kia” və “Mercedes” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada iki nəfər xəsarət alıb. Yaralılar - 1996-cı il təvəllüdlü İsgəndərova Zərifə Akif qızı və 1991-ci il təvəllüdlü Təhməzov Ruslan Fərhad oğlu xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!