4 Dekabr, 2019
Dəm qazı yenə can aldı

Bakıda 28 yaşlı oğlan dəm qazından ölüb. Hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S. Bəhlulzadə küçəsində yerləşən fərdi evdə qeydə alınıb.

Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nurlan Dadaşov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!