4 Dekabr, 2019
Vilayət Eyvazov bu rayona yeni rəis təyin etdi

Daxili İşlər Nazirliyində yeni təyinat olub. Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.  Əmrə görə, polis polkovniki Rüstəm Cəfərov Beyləqan Rayon Polis Şöbəsinə rəis təyin edilib.

O, bundan əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi işləyib. Qeyd edək ki, bir müddət əvvəl Beyləqan RPŞ-nin rəisi, polkovnik-leytenant Rəşid Piriyev Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə rəis müavini təyin olunub.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!