2 Dekabr, 2019
Masallıda ev yanıb

Masallı rayonunun Ərkivan qəsəbəsində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sahəsi 240 kv.m olan 2 mərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!