2 Dekabr, 2019
“Sağlam gələcək naminə” adlı layihə yekunlaşıb - FOTO

“Mədəniyyət Dalğası” Yaradıcılığın Təşviqi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlam gələcək naminə” adlı layihəsi uğurla başa çatdı. Yeniyetmələrin internetdən səmərəli istifadəsi ilə bağlı maarifləndirmə işini həyata keçirməyi qarşısına məqsəd qoyan layihə çərçivəsində eyni adlı video çarx hazırlanaraq təqdim olunub.

İctimai Birlikdən verilən məlumata görə ardıcıl olaraq 155, 162, 82, 57, 76 saylı ümumi orta məktəblərdə maarifləndirici görüşlər keçirilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!