11 İyun, 2011
Nazirlər Kazan görüşünü hazırlayır

Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrov Moskvada görüşəcək

Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti görüşü keçiriləcək.

Simsar.az-ın məlumatına görə, nazirlər Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrov prezidentlərin iyunun 25-də Kazanda keçiriləcək üçtərəfli görüşünə hazırlıq prosesini müzakirə edəcəklər. 


Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov XİN başçılarının görüşündə prezidentlərə təqdim olunacaq yekun təkliflərin hazırlanacağını deyib: “Biz bu məsələdə Dovil bəyanatından çıxış edirik. O bəyanatda bildirilir ki, bu sənədin hazırlanması işimizə əlavə stimul vermiş olacaq. Güman edirik ki, Kazanda tərəflər konstruktiv mövqe nümayiş etdirəcəklər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!