26 Noyabr, 2019
Yevlaxda məktəblini maşın vurub

Yevlaxda azyaşlını maşın vurub. Hadisə rayonun Əkşəm kəndi yaxınlığında qeydə alınıb. “Niva” markalı maşın yolu keçmək istəyən azyaşlı oğlanı vurub. Yaralı xəstəxanaya çatdırılıb. Araşdırmalar nəticəsində xəsarət alan azyaşlının 7-ci sinif şagirdi Paşayev Asim Vüqar oğlu olması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!