26 Noyabr, 2019
İtkin düşən kişinin meyiti tapıldı

Salyanda kişi meyiti aşkarlanıb. Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. İki gün əvvəl itkin düşmüş Xıdırlı kənd sakini, 1984-cü il təvəllüdlü Paşayev Qabil Valeh oğlunun meyiti Yenikənd kəndində məktəb binasının yaxınlığında aşkar edilib. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına göndərilib. Faktla bağlı araşdırma aparılır.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!