26 Noyabr, 2019
"Bu şəhərdə"nin Müşviqinin əlindən alınmış evi ilə bağlı son qərar verildi

"Bu şəhərdə" komandasının senaristi Müşviq Abbasovun evi əlindən alınmaya bilər. Dünən baş tutan məhkəmədə evinin əlindən alınması ilə bağlı çıxarılan məhkəmə qərarı qismən ləğv edilib.

M.Abbasov bu barədə özü məlumat verib: "Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qismən ləğv edib. Bununla da məni vicdanlı alıcı kimi tanınmağım təmin edildi və dövlətin (əmlak komitəsi, 5 saylı notarius) mənə verdiyi sənədləri hüquqi tanıyaraq işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə yönəltdi.

Var olsun ədalətli qərar çıxaran, vicdanlı hakimlər. Allah hamımızı mərdimazardan qorusun!"(BAKU.WS)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!