11 İyun, 2011
Cüdoçularımız Estoniyada dünya kubokunda çıxış edəcəklər

İyunun 11-də Estoniyanın paytaxtı Tallində kişilər arasında cüdo üzrə dünya kubokuna start veriləcək. 

Simsar.az-ın verdiyi xəbərə görə, bu kubokda azərbaycan idmançıları da iştirak edəcəklər.

Eston tatamisində bu dəfə 11 həmyerlimiz öz güclərini sınayacaq – Nicat Şıxəlizadə, İlqar Muşkiyev, Asim Xələfov (hər biri 60 kq çəkidə), Tərlan Kərimov, Rüstəm Orucov (hər ikisi 66 kq), Ramil Qasımov, Eldar Qasımov, Nadir Babayev (hər biri 73 kq), Ramin Qurbanov (90 kq), Şahin Məmmədov (100 kq) və Emil Tahirov (100 kq-dan artıq).

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!