23 Noyabr, 2019
Gədəbəydə yük maşını çaya aşıb, 2 nəfər ölüb

Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 22-də saat 10 radələrində Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyev idarə etdiyi “ZİL-131” markalı avtomobili çaya aşırıb. Nəticədə Ş. Vəliyev və sərnişini, oğlu Etibar hadisə yerində ölüblər. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!