22 Noyabr, 2019
"20 Yanvar" metrostansiyası yaxınlığında kişi meyiti tapılıb

Bakıda ölüm hadisəsi baş verib. Hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Metronun "20 Yanvar" stansiyası yaxınlığında kişi meyiti tapılıb. Aparılan araşdırmalar nəticəsində onun 1938-ci il təvəllüdlü Mustafayev Adil Həsən oğlu olduğu məlum olub. Adil Mustafayevin ölüm səbəbi araşdırılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!