22 Noyabr, 2019
Balakəndə 4 otaqlı ev yanıb

Balakəndə 4 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Yeni Şərif kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!