21 Noyabr, 2019
Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib. Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gedib.

Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verib. Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib. Sonra fəxri qarovul dəstəsinin keçidi olub.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!