Türkiyə-İran sərhədində 3,1 bal gücündə zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Türkiyənin Van əyalətindən 94 kilometr şərqdə və İranın Təbriz şəhərindən 165 kilometr qərbdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.(trend)
DİGƏR XƏBƏRLƏR