18 Noyabr, 2019
Tələbə dəm qazından zəhərlənib - GƏNCƏDƏ

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Belə ki, Qəbələ rayon sakini, 2000-ci il təvəllüdlü Rəsulov Müzəffər Əlikram oğlu vana otağında dəm qazından zəhərlənib. Yaralı dərhal xəstəxanaya yerləşdilib. Xəstəyə tibbi yardım göstərilib.Onun vəziyyətinin kafi olduğu bildirilir. Qeyd edək ki, 19 yaşlı M. Rəsulov Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir. Fakla bağlı araşdırma aparılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!