18 Noyabr, 2019
Bakıda məşhur şadlıq sarayında kütləvi zəhərlənmə

Bakıda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə “Şahənşah” şadlıq sarayında qeydə alınıb.

Noyabrın 13-də baş tutan toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Qonaqlarla yanaşı, bəy və gəlində də bu hallar müşahidə olunub. Qeyd edək ki, zəhərlənənlər arasında uşaqlar da olub. Xoşbəxtlikdən ölüm halı qeydə alınmayıb. (Oxu.az)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!