13 Noyabr, 2019
Qusarda toyda qan töküldü

Qusar rayonunda toyda dava düşüb. Hadisə rayonun Gican kəndində qeydə alınıb. Kənddə keçirilən toy mərasimində kənd sakini Əlimətov Gülməmməd Gülməd oğlu sərxoş vəziyyətdə toy məclisində həmkəndlisi, 48 yaşlı Xanbubayev Adil Sabir oğlu ilə mübahisə edib.

Davaya çevrilən mübahisə nəticəsində G.Əlimətov A.Xanbubayevi yerə yıxaraq onu boğmaq istəyib. A.Xanbubayev özünü müdafiə üçün üzərində gəzdirdiyi bıçaqla G.Əlimətova üç bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib. A.Xanbubayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!