12 Noyabr, 2019
Bakıda 120 minlik dələduzluq

Bakıda qızıl satıcısına qarşı külli miqdarda dələduzluq edilib.  Bununla bağlı Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib. Belə ki, 2017-2018-ci illərdə Aynurə adlı şəxs Bakı şəhərində qızıl satışı ilə məşğul olan şəxsi aldadaraq, ondan 120 min 605 manat dəyərində qızı-zinət əşyaları alıb. Baş verən dələduzluqla bağlı qızıl satıcısı dünən polisə şikayət edib. Faktla bağlı araşdırma aparılır.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!