12 Noyabr, 2019
Ceyhun Bayramov Fransaya gedib

Təhsil naziri Ceyhun Bayramov YUNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində noyabrın 13-də keçiriləcək təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə iştirak etmək məqsədilə Fransanın paytaxtı Paris şəhərinə rəsmi səfərə gedib.  Nazirlikdən verilən məlumata görə, təhsil nazirlərinin yüksək səviyyəli görüşündə YUNESKO-ya üzv dövlətlərin təhsil üzrə rəhbər şəxsləri, təhsil üzrə ixtisaslaşmış regional və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Səfər çərçivəsində C.Bayramovun YUNESKO baş direktorunun təhsil üzrə müavini Stefani Giannini ilə görüşü, eləcə də YUNESKO-nun “Ələddin” layihəsi və Holokost Muzeyinin Fransanın Təhsil Nazirliyi ilə birgə təşkil edəcəyi “Məktəblər və ekstremizim, vəsvəsə və dözümsüzlük çağırışları: müvəffəqiyyət və uğursuzluqlar; bu halların qarşısının alınması üçün hansı effektiv strategiyalar mövcuddur?” adlı tədbirdə iştirakı planlaşdırılır.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!