12 Noyabr, 2019
ATV-nin icraçı direktoru vəzifədən getdi

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin (ATV) icraçı direktoru Vahid Səmədov vəzifəsindən azad edilib. Qafqazinfo xəbər verir ki, o, bir neçə həftə bundan əvvəl işindən uzaqlaşıb. Keçmiş icraçı direktorun kanaldan getmə səbəbi məlum deyil. Lakin iddia olunur ki, V.Səmədov digər kanalların birində vəzifəyə gətiriləcək.

Qeyd edək ki, Vahid Səmədov bir ildir sözügedən vəzifəni icra edirdi. O, bundan əvvəl ANS və CBC kanallarında çalışıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!