8 Noyabr, 2019
Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı - SİYAHI

Bakı və Sumqayıtda faliyyət göstərən ictimai-iaşə obyektlərində keçirilən son monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan artıq olan ictimai iaşə obyektlərinin adları açıqlanıb.  Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov keçirilən mətbuat konfransında deyib.  Onun sözlərinə görə, ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb: "Çünki həmin ərazidə olan şadlıq saraylarının  sayı çoxdur. “Xan bağı”, “Cənnət”, “Xan sarayı”, “Hissa”, “Madonna”, “Milord”, “Grace Hall”, “Ayla” şadlıq sarayları, “Səhər mehi” və “Kometa” restoranlarında tullantıların miqdarı normadan çox olub.

Binəqədi rayonunda “Sonalar sonası”, “Şahənşah”, “Mələk”, “Oğuz xan”, “Qızıl tac”, “Al saray”, “Amor”, “Röya”, Xətai rayonunda “Fəridə”, “Leyla”, “Şahzadə”, “Elgün”, “Neapol”, “Movida”, “Mirana”,  Nərimanov rayonunda “Şuşa”, “Su sonası” şadlıq sarayları, “Orman”, “Xankəndi”, “İsa bulağı” restoranları, Sumqayıt şəhərində “Qubadlı”, “Tural”, “Nurlan”, “Dan ulduzu”, “Şahanə” və “Dədə Qorqud”, Abşeronda “Qarabağ”, “Ülv”, “Səmayə” və “Sultan”, Gəncə şəhərində “Firuzə”, “Tural” və “Şahzadə” şadlıq saraylarıdır.

Həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq”.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!