7 Noyabr, 2019
ANS ÇM radiosunun tezliyi müsabiqəyə çıxarılır

Milli Televiziya və Radio Şurası yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib. Belə ki, müsabiqə Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə noyabrın 12-dən dekabrın 12-dək keçiriləcək. Qeyd edək ki, 102,0 MHz tezliyi bağlanan ANS ÇM radiosunun tezliyi olub.

Fəaliyyəti dayandırlmış ANS-in keçmiş mətbuat katibi Mais Məmmədov məsələdən xəbərdar olduğunu deyib: "ANS rəhbərlərinin, keçmiş ANS-çilərin bundan xəbəri var. Bilmirəm Vahid Mustafayev hansı addımı atacaq. Amma məncə, bu düzgün addım deyil. Çünki ANS ÇM Çingiz Mustafayevin radiosudur. Yeganə radiodur ki, Mili Qəhrəmanın adını daşıyırdı. Çingiz Mustafayev olmasa idi heç kim bilməyəcəkdi ki, Xocalıda ermənilər azəraycanlıların başına nə oyunlar gətirib. Çingiz Mustafayevin xatirəsinə hörmət üçün radio saxlana bilərdi".

M.Məmmədov əlavə edib ki, Vahid Mustafayevin tezliyi yenidən alıb, yeni radio yaradıb-yaratmayacağından xəbərdar deyil: "Amma 3 ilə yaxındır, ANS yoxdur. Hesab edirəm ki, ANS-in ləğv edilməsi haqsız qərar idi. Həmin radionu da Vahid müəllim yaradıb. Onun haqqı çatır".(modern)

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!