5 Noyabr, 2019
Oktay Gülalıyev Türkiyəyə aparılacaq

“Türkiyədən gələn həkimlərin bildirdiyinə görə atamın vəziyyəti ağırdır”. Bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyevin oğlu Təbriz Gülalıyev "Facebook" səhifəsində məlumat verib. O bildirib ki, həkimlər O.Gülalıyevin Türkiyəyə aparılmasında heç bir təhlükə olmadığını bildiriblər: “Ailəsi olaraq onun aparılması üçün razılıq verdik. Hazırda atamın Türkiyəyə aparılması üçün hazırlıq işləri görülür”.

Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib. Hazırda onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!