5 Noyabr, 2019
Şadlıq evinin qarşısında ata-oğul bıçaqlanıb - BAKIDA

Bakıda şadlıq sarayının qarşısında ata-oğul bıçaqlanıb. Hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən "Mirakl" şadlıq evinin qarşısında qeydə alınıb. Qəsəbə sakini Həsən Nəsibov və oğlu Sərxan Nəsibov şadlıq evinin qarşısında naməlum şəxslərlə mübahisə ediblər. Bu zaman ata-oğulun hər ikisi bıçaqlanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, onların həyatını xilas edilib. Hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!