10 İyun, 2011
Məşhur Rusiya xoreoqrafı Bakıda

Sergey Qrisay «Romeo və Cülyetta» əsəri üçün gəlib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dövlət sifarişi ilə hazırlanan U.Şekspirin «Romeo və Cülyetta» əsəri əsasında eyniadlı tamaşada döyüşlərin və rəqslərin qurulması üçün Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi, məşhur rusiya xoreoqrafı Sergey Qrisay Bakıya dəvət olunub. Hazırda tamaşa üzərində qızğın yaradıcılıq işləri aparılır. 

Teatrın mətbuat xidmətindən Simsar.az saytına verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurdjidze, bəstəkarı Firudin Allahverdidir.

Əsas rollarda xalq artistləri Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Kubra Dadaşova, Şövqi Hüseynov, Nofəl Vəliyev, Vahid Əliyev, İlqar Cahangirov, aktyorlar Günel Məmmədova, Kəmalə Hüseynova, Asya Atakişiyeva, Nicat Kazımov, Elnur Hüseynov, Qurban İsmayılov, Elşən Rüstəmov, Elnur Kərimov, Rasim Cəfərov, Mirzəağa Mirzəyev və başqaları çıxış edəcəklər.

Aylin

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!