1 Noyabr, 2019
Prezidentdən Şahin Mustafayevlə bağlı - İKİ SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən, komissiyanın sədri Baş nazirin müavini Şahin Mustafayev təyin edilib.

Dövlət başçısı digər sərəncamı ilə “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamında da dəyişiklik edilib.

Sərəncama əsasən, komissiyanın həmsədri Baş nazirin müavini Şahin Mustafayev olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!