1 Noyabr, 2019
Bu zolaqlar üzrə sürət həddi endirilib - Yağışa görə

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev-Hava limanı və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər verir.

Eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!