31 Oktyabr, 2019
Bu rayonlarda qaz olmayacaq

Biləsuvar, Ağstafa və Qax rayonlarında qazın təchizatında fasilələr müşahidə olunur. “Azəriqaz”dan Simsar.az - a verilən məlumata görə, Biləsuvar, Ağstafa və Qax rayonlarının ərazisində qaz xətti üzərində quraşdırılmış qurğuların yeri dəyişdirilir, yeni qaz tənzimləyicisi quraşdırılır, aşkarlanan qaz sızmaları aradan qaldırılır.

Bununla bağlı təmir işlərinin aparılmasına şərait yaradılması məqsədilə qeyd edilən rayonların bir hissəsində qaz təchizatında fasilələr müşahidə ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!