31 Oktyabr, 2019
Gəncədə yaşayış binasında partlayış: xəsarət alan var - FOTO

Gəncədə yaşayış binasında partlayış olub. Hadisə Gəncə şəhəri, 5-ci mikrorayon 7 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən 5 mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzillərdən birinin mətbəxində qaz sobasında partlayış olub. Nəticədə evdə olan, 1934-cü il təvəllüdlü Brilyant Məhəbbət qızı Hüseynova xəsarət alıb. Fakltla bağlı araşdırma aparılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!