31 Oktyabr, 2019
Motsartın nadir portreti hərraca çıxarılıb

Klassik bəstəkar Motsartın 13 yaşında çəkilən portreti noyabrın 27-də Parisdəki "Christie's" hərracında satışa çıxarılacaq. Bu barədə "France info" bildirib. Əl işinin qiymət qiyməti 800 min - 1 milyon 200 min avroya qədər dəyişir. Şəklin müəllifi rəssam Jambettino Çinyarolidir.

"Adətən alıcıları rəssamın adı cəlb edir, amma indiki halda şəklin süjeti, yəni Motsartın özü..", - deyə "Christie's"in Paris filialının Qədim Rəsmlər Bölməsinin direktoru Astrid Sentner bildirib.

Motsartın uşaq yaşlarındakı çəkilmiş portretləri çox azdır. Ehtimal edilir ki, bu, gənc bəstəkarın şəxsi kolleksiyasındakı son təsviridir.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!