30 Oktyabr, 2019
20 yaşlı gəncin meyiti küçədə tapıldı

Hacıqabul rayonunda gənc oğlanın meyiti aşkarlanıb. Rayon sakini, 1999-cu il təvəllüdlü İsmayılov Amid Azad oğlunun meyiti səhər saatlarında rayonun mərkəzində, Molla Pənah Vaqif küçəsində aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Meyit daxili və xarici müayinə olumaq üçün Şirvan şəhər Məhəkəmə Tibb Ekspertizası və Potoloji Anatomiya Birliyinə təqdim edilib. Faktla bağlı araşdırma aparılır.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!