29 Oktyabr, 2019
Göygöldə çoban itkin düşüb

Göygöl rayonunda çoban itkin düşüb. Hadisə rayonun Firuzabad qəsəbəsindəki fermada baş verib. Həmin fermada özünü kimsəsiz kimi göstərərək çoban işləyən, Şamaxı rayon Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Əlləzov Məmməd İbrahimxəlil oğlu oktyabrın 27-də səhər saatlarında fermadan çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!