29 Oktyabr, 2019
Yevlax sakini Bakıda yoxa çıxdı

Yevlax rayon sakini Bakıda itkin düşüb. Oxu.Az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.  Rayonun Xanabad kəndində qeydiyyatda olan 1995-ci il təvəllüdlü Binnətov İlyas Aşır oğlu oktyabrın 25-də itkin düşüb. O, Nəsimi rayonu H.Seyidzadə küçəsi, ev 22 ünvanının qarşısında gecə saat 01:30-da yoxa çıxıb.

Bununla bağlı polisə onun qardaşı müraciət edib.  Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!